09.05.2019 [13:49] - Gündəm, Hüquq
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DGK bildirir ki, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb.
Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb.
S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib.
Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.
Astara gömrük postunda digər bir fakt üzrə isə İran İslam Respublikası vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.
Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İran İslam Respublikasından Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.
Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.
Hər iki faktla bağlı araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |