Şrift:
Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam atasının intiqamını alacağını bəyan edib
23.10.2011 [17:26] - Gündəm
Liviyanın devrilmiş və öldürülmüş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam tərəfdarlarına müraciət edib.

O, müraciətində Liviya ərazisində olduğunu və qiyamçılara qarşı müqaviməti davam etdirəcəyini bildirib.

Onun müraciəti oktyabrın 24-nə keçən gecə Suriyadan yayımlanan, Qəddafiyə loyal “Ər Ray” telekanalı ilə efirə verilib.

“Biz müqaviməti davam etdiririk. Mən Liviya ərazisindəyəm, sağam, azadam və sona qədər mübarizə aparıb, qisas almaq niyyətindəyəm”, - deyə Seyf əl-İslam bildirib.

Qeyd edək ki, 42 il Liviyaya rəhbərlik etmiş Müəmmar Qəddafi doğulduğu Sirt şəhərində qiyamçılar tərəfindən oktyabrın 20-də öldürülüb. Qiyamçılar onunla birlikdə oğlu Mötəsimi və sabiq müdafiə nazirini də öldürüblər. Məlumatlara görə, Qəddafilər öldürülməzdən əvvəl dəhşətli işgəncələrə məruz qalıblar.

Seyf əl-İslam isə Sirtdən qaça bilib.

Liviyada silahlı toqquşmalar 9 aydır, davam edir. Toqquşmalarda minlərlə adam həlak olub.
Bu xəbər oxucular tərəfindən 1270 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed