Şrift:
“David Qareci” monastırının baş keşişi: “Monastırı ziyarətlə bağlı heç bir problem yoxdur”
10.05.2019 [11:00] - Borçalı
“David Qareci” monastırını ziyarət etmək istəyənlər heç bir maneə ilə üzləşmirlər. “Çixituri” monastırı da açıqdır. İstənilən şəxs oranı ziyarət edə bilir”.

“David Qareci” kompleksinin baş keşişi Kirian Oniani “İnterpresnyus”-a açıqlamasında belə deyib. Bildirib ki, ərazidə sərhəd keşikçilərinin sayı da azaldılıb.

“Azərbaycan tərəfi sərhəd keşikçilərinin sayını 6-ya endirib. Bizdə də 6-8 keşikçi var. Ərazidə vəziyyət stabildir. Bununla belə məsələnin həlli vacib olaraq qalır. Problem həll olunmayıb. İndi dövlət səviyyəsində müvafiq komissiya bu məsələni həll etməlidir", - deyə baş keşiş deyib.
Bu xəbər oxucular tərəfindən 761 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed