13.08.2012 [11:15] - Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin İrana qarşı yeni qadağalar paketi artıq qüvvəyə minib.
Cümə günü ölkə prezidenti Barak Obama müvafiq qanunu imzalayıb.
Bu barədə Amerikanın kütləvi informasiya vasitələri məlumat yayıb.
Konqres İslam Cümhuriyyətinə qarşı növbəti qadağalar paketi haqqında qanun layihəsini avqustun 2-də qəbul edib.
Qanun layihəsi uran hasilatı və satışı sahəsində İran hakimiyyəti ilə əməkdaşlıq edən, neft daşınması üçün ona tanker satan və ya icarəyə verən, həmçinin “National Iranian Tanker” Dövlət Şirkətinə sığorta ödəmələri təqdim edən şirkət və şəxslərə qarşı qadağaların tətbiqini nəzərdə tutur.
Sənəd İranın yanacaq, neft-kimya və ya qaz sektoru ilə əməkdaşlıq edən, yaxud ölkənin neft və qaz sənayesinə mal, xidmət, texnologiya və ya infrastruktur , ünsürləri əldə etməkdə kömək edən hər kəsə qarşı qadağalar nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 1555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |