Şrift:
GüneyAzərbaycanda baş verənlər zəlzələdir yoxsa soyqırım?
13.08.2012 [12:04] - Güney Azərbaycan xəbərləri
Şənbə günü Güney Azərbaycanda baş verən zəlzələnin fəsadları hələ də davam edir.

Şənbə günü Güney Azərbaycanda baş verən zəlzələnin fəsadları hələ də davam edir. Uçqunlar altında insanların yardım gözlədiyi bildirilir. Azərbaycan prezidenti İlham Əliyev İran Prezidenti Əhmədinejada başsağlığı verdi və ölkəmiz yadım təklifini bildirdi. Amma bölgədə vəziyyət hələ də ağır olaraq qalır. Azərbaycan kömək üçün başqa nələr edə bilər? Bu sualı may ayında Ankarada yaradılmış Uluslararsı Güney Azərbaycan Türkləri Konseyinin Azərbaycan təmsilçisi Aynur İmranovaya ünvanladıq. A.İmranova vəziyyətin kritik olaraq qaldığını bildirdi. Onun sözlərinə görə ölənlərin sayı hər dəqiqə artır. “Zəlzələyə davamlı olmayan, sarı torpaqdan tikilən evlərin altından insanları çıxarmaq üçün canlı qüvvə yetmir. İran höküməti lazımi canfəşanlığı göstərmir. Ətraf bölgələrdən yardıma gələn əhali “oğurluq olmasın” bəhanəsi altında bölgəyə buraxılmır. Yerli yardımlardan başqa Mərkəzdən heç bir yardım gəlməyib. AZOH saytından aldığım məlumata görə Vərziqan şəhərin bələdiyyə başçısı 5000 nəfərə yaxın ölü olması barədə açıqlama verib. Amma buna baxmayaraq İranın Qızılay rəhbəri yardımalrın bitməsi və yardıma ehtitac olmaması barədə bəyənat yayıb. Bu bir SOYQIRIMDIR. İranın səlahiyyətli şəxsləri fəlakət bölgəsindəki insanların torpaq altında qalmasına göz yumaraq, tibbi və mülki yardımın dayandırılmasına qərar verirsə buna başqa ad vermək olarmı? Bu gün aldığım başqa bir məlumata görə Təbrizdə xəstəxanalara gedib qan vermək istəyən insanlara orucları pozulmasın bəhanəsilə geri qaytarılır və qan alınmır. Başqa bir mənbədən isə öyrəndim ki, Təbriz, Urmu, Ərdəbil, Xoy, Sulduzda yüzlərcə insan Qızılay ofislərinin qarşısına yığılıb qan vermək istəsə də, onların müraciətinə baxılmır. Elə məhz bu faktda dediklərimdə haqlı olduğumu göstərir. Qanvermənin oruca nə dəxli var, və ya insan həyatı qurtarmaq daha önəmli deyilmi? ”. Azərbaycandan hansı köməyin göstərilməsinin önəmli olması ilə bağlı suala cavab olaraq A.İmranova qan lazım olduğunu vurğuladı. “Torpaq altında qurtarılan insanlara qan lazımdır. Bir də dağıntıların qazılıb, altında qalanları qurtarmaq üçün canlı qüvvə. Biz səhərdən İran səfirliyi ilə viza üçün əlaqə saxlamağa çalışırıq. Təsadüfə bax ki, elə zəlzələ baş verən dövrdə İran Azərbaycanla viza rejimi tətbiq etdi. İndi də zəng edənlərin bəzilərinə ay sonuna qədər viza veriməsinin mümkün omadığını, bəzilərinə isə səlahiyyətli şəxslərin tədbirdə olduğunu, suallara cavab verə bilməyəckləri söylənilir. Məncə Azərbaycan höküməti məsələyə əl qoymalıdır. İran höküməti ilə razılığa gəlib həm FHN qüvvələrini, həm də həkim qruplarını bölgəyə göndərməlidir. Orda baş verən fəlakətə birbaşa müdaxilə etməliyik. Mən bütün Azərbaycan və Türkiyədən olan qardaşlarımız İrana təzyiq göstərməyə və Cənubi Azərbaycana köməyə çağırıram. Çünki yeraltı təkanların davam edəcəyi söylənilir. Belə olarsa daha böyük faciə yaşanmadan qarşısını almaq çox vacibdir.” “ Son olaraq onu qeyd edim ki, qeyri rəsmi məlumatlara görə İran rejimi Varziqanda yeraltı raket obyektləri quraşdırıb. Orda gizli sınaqlar keçirilir. Biz baş verən zəlzələnin bu raketlərin sınaqdan keçirilməsi zamanı baş verən fəsadlardanmı qaynaqlandığını araşdırırq. Fakt təsdiqini taparsa İranın məsələsini beynəlxalq məhkəmələrə çıxarmağı düşünürük”.
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed