Şrift:
“Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr olunub
13.05.2019 [09:35] - Gündəm, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tunc və ilk dəmir dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun “Naxçıvanın qədim əkinçilik mədəniyyəti (e.ə. VI-I minilliklər)” adlı elmi-tədqiqat əsəri nəşr edilmişdir. Nəşr edilmiş əsər arxeoloji tədqiqatlar əsasında Naxçıvanın qədim əkinçilik mədəniyyəti mövzusunda ilk ümumiləşdirici tədqiqat işidir. İlk də­fə olaraq Nax­çı­va­nın qə­dim əkin­çi tay­fa­la­rı­nın is­ti­fa­də et­dik­lə­ri əmək alət­lə­ri daşıdıqla­rı və­zi­fə­lə­ri­nə, növ­lə­ri­nə, qu­ru­lu­şu­na gö­rə ti­po­lo­ji qrup­la­ra və yarımqrupla­ra bö­lün­müş, on­la­rın xro­no­lo­ji ar­dı­cıl­lıq­la tək­mil­ləş­mə­si pro­se­si izlənil­miş­dir. Nax­çı­va­nın eneo­lit və tunc döv­rü əkin­çi tay­fa­la­rı­nın ya­şa­yış məskənlə­ri haq­qın­da mə­lu­mat­la­rın, on­la­rın is­ti­fa­də et­dik­lə­ri əmək alət­lə­ri­nin, ehtiyat ta­xıl məh­su­lu­nu sax­la­maq üçün tə­sər­rü­fat qu­yu­la­rı­nın, küp­lə­rin ye­ni­dən təd­qi­qi əsa­sın­da di­ya­rın qə­dim əha­li­si­nin iq­ti­sa­di, ic­ti­mai və mə­də­ni in­ki­şaf səviyyə­si haq­qın­da ye­ni el­mi mü­la­hi­zə­lər söy­lən­miş­dir.

Monoqrafiya dörd fəsildən ibarətdir. İlk fəsil Naxçıvan ərazisində qədim əkinçilik mədəniyyəti abidələrinin öyrənilməsi tarixinə və bölgənin təbii-coğrafi şəraitinə həsr edilmişdir. Əsərin ikinci fəsli son neolit-son xalkolit dövründən ilk dəmir dövrünədək Naxçıvanın qədim əkinçi tayfalarının yaşayış yerləri barədədir. Üçüncü fəsildə göstərilən tarixi dövrdə bölgənin əkinçi mədəniyyətinin xüsusiyyətləri mövzusu işıqlandırılmışdır. Elmi-tədqiqat işinin dördüncü fəslində Naxçıvanın qədim əkinçi tayfalarının iqtisadi-mədəni əlaqələri son tədqiqatlar kontekstində təhlil edilmişdir.

Əsə­rə abi­də­lə­rin, on­lar­dan əl­də edi­lən əkin­çi­lik əmək alət­lə­ri­nin xro­no­lo­ji ardıcıllıq­la­rı­nın tip­lə­ri­ni, növ­lə­ri­ni gös­tə­rən cəd­vəl­lər və təd­qiq olun­muş ar­xeo­lo­ji ma­te­ri­al­la­rın təs­vi­rin­dən iba­rət tab­lo­lar əla­və olun­muş­dur.

Əsərin elmi redaktoru tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi rəyçiləri tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovdur.

Əsər arxeologiya, tarix üzrə mütəxəssislər, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 846 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed