13.08.2012 [15:12] - Mədəniyyət
Adnan Sayqun digər janrlarda olduğu kimi insturmental musiqi sahəsində də geniş repertuara malik olmuşdur. Bu repertuarı diqqətdən keçirsək bəstəkarın xüsusilə simli alətlər üçün yazılmış kvartet janrına olan marağı nəzəri cəlb edir. Maraqlı cəhətlərdən biri də odur ki, A.Sayqunun uşaqlıq əsərlərindən biri və 84 yaşında olarkən tamamlanmış əsəri məhz simli kvartetdir. Bəstəkarın ölümü ilə əlaqədar son kvartet tamamlanmamış və əsərin yalnız ilk iki hissəsi mövcuddur. Bu iki kvartetdən əlavə Sayqun 1947-66-cı illər ərzində daha üç kvartet yazmışdır və bu əsərlər bəstəkarın yaradıcılıq üslubunun inkişafına böyük təsir göstərmişdir.
Birinci kvartet op.27 1943-47-ci illərdə yazılmış, 1957-ci ildə ikinci kvartet op.35 Elizabeth Srpague Coolidge Fondu tərəfindən sifariş edilməsilə bəstəkarın beynəlxalq nüfuzu daha da genişlənmişdir. 1966-cı ildə həyat yoldaşı Nülufər Sayquna ithaf edilən üçüncü kvartet op. 43 nəşr olunmamış, lakin Couthern Music kataloqunda bu əsərə rast gəlinir. Sayqunun kvartetlərinə nəzər saldıqda diqqəti çəkən cəhətlərdən biri hər bir kvartetdə yeni üslubun mövcudluğu və musiqi dilinin yeniliyi ilə bağlıdır. Bəstəkar atonallığa qədər inkişaf edən ünsürləri simfoniya və ya konsert kimi iri həcmli janrlarda deyil, məhz ilk öncə kvartet janrında tətbiq etmişdir. İkinci kvartetin maraqlı cəhətlərdən biri əsər boyunca əsas motivin tez-tez dəyişilməsi və inkişafa məruz qalmasıdır. Məhz bu baxımdan da təqdim olunan əsər Bartokun sonrakı dövründə yazdığı kvartetlərə bənzəyir.
Əsərdə solo altın ifasında bir ton yuxarı və yarım ton aşağı intervalda (lya bemol — si bemol — lya bekar) motivə geniş yer verilir.
Bu motiv inkişaf edərək sonrakı II və IV hissədə də rast gəlinir. Əvvəldə solo altın ifasında eşidilən ikinci önəmli tematik motiv — «Hüzzam» dördlüsü, yəni Sayqun motividir ki, bu da kvartetin müxtəlif yerlərində qarşımıza çıxır. Onu da qeyd edək ki, Sayqun bunu hər zamankı kimi enici şəkli ilə deyil, si bemol-lya-re bemol-do şəklində istifadə etmişdir.
Bu əsərin özünəməxsus cəhətlərindən biri də odur ki, bəstəkar kvartetdə klassik ənənələrdən sanki uzaqlaşır. Dörd hissədən ibarət olan əsərdə motivlərarası bağlılıq əsəri tam bütün şəklə salır. İkinci kvartetin birinci bölümündə qarşımıza fərqli bir tablo çıxır. Sayqun tonika-dominant əvəz olunmasından imitativ girişlərdə imtina edir. Məsələn, birinci skripkada eşidilən ikinci mövzu do səsindən, buna cavab olaraq violonçel do bemol səsində başlanır. Buna bənzər şəkildə finaldakı fuqa ikinci skripkada fa diyez, birinci skripkada do, altda lya bemol və violonçeldə re bemol səsində başlanır. Bu əsərin musiqi dilinin maraqlı cəhətlərindən biri də fuqadakı sual-cavab cümləsində tritonlardan istifadə etməsidir. Bundan başqa kvartetdə xromatik dissonans səslər konsonanslara deyil, dissonans akkordlara təyin edilir.
Əsərdə xalq musiqi ritmlərinə rast gəlinmir. Sayqun burada 7/8, 9/8 və 10/8 kimi ölçüləri istifadə edərək sinkopa və axsaq ritmlərə də müraciət edir. Xalq rəqs intonasiyasına rastlanmasa da ritmik baxımdan burada parlaq enerji hiss edilir. Məhz bu cəhətlər də əsəri Bartok üslubuna yaxınlaşdırır. I hissə çox maraqlı şəkildə mistik xarakterdə, bir qədər dini musiqini xatırladan intonasiyalarla tamamlanır.
II hissə (Moderato) əsərin ən xarakterik bölümüdür. Burada melodik inkişaf sərbəst variasiyalar üzərində qurulmuşdur. Bu hissə bir-birinin ardınca bağlanan dörd epizoddan ibarətdir. I epizod violonçeldə bas ostinato intonasiyalarıyla «col legno» fiqurasiyası üzərində başlanır. Sayqunun yaradıcılığında digər mühüm yer tutan məqamlardan biri isə «Hüzzam»dır ki, məhz bu əsərdə də həmin laddan istifadə edilir.
Oktay

Bu xəbər oxucular tərəfindən 1577 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |