13.08.2012 [15:29] - DAVAMın yazıları
Tehran PKK-nı hərəkətə gətirməklə Ankaranın diqqətini Suriyadan yayındırmağa çalışır
Türkiyədə isə İranla bağlı düyməyə basılıb, fars-molla rejimi təlaş içindədir
Suriyada böhranın dərinləşməsi və Əsəd rejiminin küncə sıxışdırılması Türkiyə-İran münasibətlərində gərginliyi yeni müstəviyə çıxarıb. Ankara-Tehran ziddiyyətləri təkcə bu günün mövzusu deyil və iki ölkə arasında rəqabət tarixi keçmişə söykənir. Amma bu gün bu gərginlik Suriyada toqquşmalar timsalında bir qədər hərbi müstəviyə keçib və belə demək mümkünsə, savaşın həm də dolayısı ilə Türkiyə ilə İran arasında getdiyini deməyə əsas verir.
Açıq şəkildə Əsəd rejimini müdafiə edən Tehranın Suriya qarşıdurmasında tərəfə çevrildiyi, Türkiyənin də baş verənlərə seyrçi qalmaması, ən azından Suriya müxalifətinə dəstəyi mövcud qarşıdurmada Qərb faktorunu bir qədər arxa plana keçirib. Suriya məsələsi bir növ Türkiyə və İranın nüfuz məsələsinə çevrilib.
Proseslərin hələ başlanğıcından rəsmi Ankara İranı özünün hədəfindən uzaq tutmağa çalışırdı. Türkiyə belə demək mümkünsə, indiyə qədər fars-molla rejiminin şıltaqlıqlarına dözümlü yanaşmağa çalışıb. Amma İranın Suriyadakı proseslərdə hərbi iştirakı görünür, Ankarının səbrini daşırıb.
Bu gün elə təəssürat yaranır ki, Ankara-Tehran münasibətlərində sonuncu gərilmə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabaidinin Türkiyənin ünvanına səsləndirdiyi təhdidlərlə bağldır. İranlı generalın belə hədyanlar yağdırması birinci hal deyil və Tehran bundan əvvəl də onun bəyanatlarına görə rəsmi Bakıya da izahat verməli olmuşdu. Ümumiyyətlə, İranın rəhbərliyində dini, hərbi və siyasi qollar arasında sanki ciddi ixtlaflar mövcuddur. Reallıq ondan ibarətdir ki, İranın dövlət siyasətində qonşularını hədələmək ənənə halına gəlib və rejim daxilində çaşqınlıq hökm sürür. Diqqət edin, İranın hərbi və dini rəhbərliyi bundan əvvəl Azərbaycanı hədəfə almışdı və aşkar şəkildə rəsmi Bakının ünvanına hədələr yağdırırdı. İranın təhdidləri təkcə amililərin və firuzabadilərin timsalında bəyanatlarla məhdudlaşmadı, fars-molla rejimi Azərbaycana qarşı saysız-hesabsız təxribat cəhdlərinə əl atdı. Azərbaycanın müstəqillik qazandığı ilk illərdən bu yana İranın gah hərbi gəmiləri Azərbaycanın ərazi sularına daxil oldu, gah təyyarələri hava məkanımızı pozdu, gah da «Sepah»a bağlı casus şəbəkələri və terror qrupları daxili sabitliyi pozmaq çalışdı. Bura İranın Ermənistanla hər kəsə bəlli olan məhrəm münasibətlərini də əlavə etsək, rejimin «islam təəssübkeşliyinin» mahiyyəti bir daha ortaya çıxır. İranın son aylarda az qala müharibə ilə hədələdiyi daha bir müsəlman ölkəsi Səudiyyə Ərəbistanıdır. İranın daxili işlərinə müdaxilə etməyə çalışdığı daha bir ölkə isə Bəhreyndir. İranın əhalisini müsəlmanlar təşkil edən Qırğızıstanla da münasibətləri şəffaf deyil və Tehran ABŞ-ın faktiki istifadəsində olan Manas hərbi bazası ilə bağlı Bişkek hökumətinə dəfələrlə xəbərdarlıq ünvanlayıb.
Bu gün isə İran regionda nüfuz uğrunda çoxəsrlik rəqabətə baxmayaraq az-çox isti münasibətlərdə olduğu Türkiyə ilə açıq konfrantasiyaya getməkdən çəkinmir. Bu cəsarət deyil, daha çox yaxınlaşan təhlükənin doğurduğu çaşqınlığa bənzəyir. İranda da dərk edirlər ki, Türkiyəyə qarşı istər Azərbaycan üzərindən, istər Suriya istiqamətində, istərsə açıq təhdid dolu bəyanatlar müstəvisində cəbhə açmaq gərginliyi açıq qarşıdurmaya çevirə bilər. Türkiyənin baş naziri Rəcəb Tayyib Əroğanın İrana yerini göstərməsi Ankaranın bundan sonra Tehrana at gedişilə oynamaq izni verilməyəcəyinin açıq mesajıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi Ankaranın səbrini daşıran general Firuzabadinin «sıra Türkiyəyə gələcək» sözləri deyil. Son iki il ərzində təkcə İran generalları deyil, elə Xameneyinin sözçüləri də bundan daha sərt bəyanatlar səsləndiriblər. Hətta dəfələrlə Türkiyənin raket zərbəsinə məruz qalacağı barədə İranın yüksək səlahiyyətliləri tərəfindən təhdidlər səsləndirilmişdi. Amma rəsmi Ankara o zaman bunlara əhəmiyyət vermədi və yalnız İranın deyil, hətta Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, HATO-nun Raketdən Müdafiə Sistemini öz ərazisində yerləşdirməyə razılıq verdi.
Yalnız ötən il Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran rəsmilərinin təhdid dolu bəyanatları ilə əlaqədar narazılığını iranlı həmkarı Əli Əkbər Salehiyə çatdırmışdı.
İranla Türkiyə arasında ziddiyyətlərin dərinləşməsinə iki ölkə arasında təbii qazla bağlı anlaşılmazlıqların ortaya çıxması da təsirsiz ötüşməyib. Türkiyənin qonşuluq münasibətlərini və sərhəd ticarətini nəzərə alaraq Avropa Birliyinin və ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmamasına baxmayaraq, Tehran Ankara qarşısında şərt mövqeyindən çıxış etdi.
Öncə də vurğuladığımız kimi İranın Azərbaycana qarşı təzyiqləri də Ankara-Tehran münasibətlərində müəyyən ştrixlər qoydu. Türkiyə hələ illər öncə İranın Xəzərdə yürütməyə çalışdığı avantürist siyasətə sərt reaksiya verdi və İran hərbi təyyarələrinin Azərbaycanın hava məkanının pozmasına öz qırıcılarını Bakı səmalarına qaldırmaqla cavab verdi. Eyni zamanda bu ilin əvəllərində İran-Azərbaycan münasibətlərində son həddə çatan gərginliklə bağlı mart ayında hər üç ölkənin XİH rəhbərləri səviyyəsində Haxçıvanda keçirilən görüşdə də Tehrana açıq mesajlar verildi. Türkiyənin Azərbaycanın timsalında Cənubi Qafqaza nüfuzu və faktiki olaraq bu regionda İrana meydan verməməsi təbii ki, Tehranı qıcıqlandırır. İranda hesab edirlər ki, Türkiyənin cənubi Qafqazda mövcudluğu dolayısı ilə HATO-nun və Qərbin regiona nüfuz etməsi deməkdir.
İraqdakı vəziyyət də Türkiyə-İran münasibətlərində gərjinliyi artıran mühüm faktorlardandır. Rəsmi Ankaranın İraqın şimalındakı kürd muxtariyyatı ilə birbaşa əlaqələr qurması rəsmi Bağdadı və Tehranı hövsələdən çıxarıb.
Bütün bunların fonunda Türkiyədə PKK-nın fəallaşması da təsadüfi deyil. Ortaya maraqlı mənzərə çıxıb. İran BƏƏS rejimini xilas etmək üçün İnqilab Keşiçiləri Korpusunun əsgərlərini Suriyaya göndərir, üsyançılar iranlı silahlıları zərərsizləşdirir, Tehran onların azad edilməsi üçün Ankaraya müraciət edir. Eləcə də Türkiyənin Hakkari bölgəsində öldürülən terrorçuoarın üzərindən Suriya, İraq, İran və Ermənistana aid kimliklər çıxır. Halbuki hələ 2011-ci ildə Ankara və Tehran PKK-ya və onun İran qolu olan PJAK-a qarşı eyni vaxtda razılaşdırılmış əməliyyatlar həyata keçirmişdi. Bu gün isə PKK faktiki olaraq İranla anlaşıb və Tehrandan dəstək alır. Hələ bir müddət əvvəl PKK liderlərindən Murad Karayılanın İranda ələ keçirilməsilə bağlı müəmmalı olay və Tehranın bununla bağlı kəşfiyyat məlumatlarını israrla təkzib etməsi bu gün bir çox mətləblərin üzərinə işıq salır. Görünür, İranla PKK arasında da o zaman əldə olunub…
Bu gün Türkiyənin İranın avantürist siyasətinə sərt reaksiyası Tehranın son günlər xüsusilə fəallaşan PKK-ya dəstəyini artırması və bununla Ankaranın diqqətini Suriyadan yayındıraraq daxili problemlərə istiqamətləndirmək niyyətilə də bağlıdır. Əsəd rejiminin də PKK-ya Suriyada geniş imkanlar yaratması, terrorçuları silah-sursatla təmin etməsi Ankaranı Suriyadakı proseslərdən kənarlaşdırmağa hesablanıb.
İran XİH rəhbərinin Ankaraya iki gün öncəki səfərində də kritik müzakirələr də İranın Suriyadakı proseslərdə iştirakını hərbi müstəviyə keçirmək, eləcə də Tehranın PKK-dan Türkiyəyə qarşı istifadə etmək cəhdlərilə bağlı olub. Türkiyə İranı seçim qarşısında qoyub: ya Türkiyə ilə dost münasibəti bərpa etmək, ya da Əsəd rejimini dəstəkləmək.
Ankarada İranın XİH rəhbərini inandırmağa çalışıblar ki, Türkiyənin dostluğu Tehran üçün sonu gəlmiş Bəəs rejimini dəstəkləməkdən daha önəmlidir. Xüsusilə nüvə proqramı ilə əlaqədar İrana qarşı beynəlxalq təzyiqlərin artdığı bir şəraitdə.
Yeri gəlmişkən, bir çox ekspertlər Türkiyədə İranla bağlı düyməyə basıldığı qənaətindədirlər. Söhbət ötən həftə İstanbulda reallaşdırılan və İrandan da alimlərin qatıldığı «İran araşdırmaları» adlı konfransın keçirilməsindən gedir. O qədər də diqqət çəkməyən bu tədbir İran hakimiyyətinin təlaşına səbəb olub. İranın ali dini lideri Xameneyə yaxınlığı ilə tanınan «Keyhan» qəzeti bu konfransı İrana qarşı «müxalifət yığıncağı» kimi xarakterizə etdi. Bu səbəbdən rəsmi Tehran iranlıların bu tədbirə qatılmasının qarşısını almağa çalışmışdı.
Cavanşir Həsənli

Bu xəbər oxucular tərəfindən 1447 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |