Şrift:
Parisdə Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Forum keçirilir
15.05.2019 [10:57] - Türk dünyası-Turan
Bu gün Parisdə, YUNESKO-nun mənzil qərargahında təşkilatın himayədarlığı altında Beynəlxalq Türk Akademiyasının (BTA) (International Turkic Academy) təşkilatçılığı ilə "Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu" Beynəlxalq Forumu keçirilir.

Forumun işinə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın Qurucu Prezidenti Nursultan Nazarbayev təbrik məktubu ünvanlayıb.
Forum çərçivəsində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650, Əhməd Ağaoğlunun 150, Balasaqunlu Yusif Xas Hacibin "Kutadqu Bilik" əsərinin yazılışının 950, Qızıl Orda dövlətinin qurulmasının 750 illiyi qeyd olunacaq.
Foruma BTA-ya üzv ölkələrdən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Macarıstanla yanaşı, Özbəkistan, ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Hollandiya və digər ölkələrdən 70-dən artıq alim, tədqiqatçı və dövlət xadimləri qatılır. Üç fərqli paneldə türk dünyasının dünya mədəniyyətinə töhfələri ilə bağlı müxtəlif məruzələr olunacaq.
Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed