13.08.2012 [15:39] - Gündəm
Rəsmi Təl Əviv hesab edir ki, İranın nüvə obyektləri vurulmalıdır
Yeni kəşfiyyat materiallarına görə, İran nüvə silahı əldə etmək sahəsində irəliləyişlərə nail olub.
Bu barədə İsrailin Haaretz qəzeti məlumat yayıb.
Qəzet Qərb diplomatları və İsrail məmurlarına istinadən yazır ki, İranın sözügedən sahədə uğurlarını İsrail, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kəşfiyyat orqanlarının məlumatları da təsdiq edir.
Britaniyanın Daily Telegraph qəzetinin yazdığına görə, İslam İnqilabı Keşikçiləri Korpusu mənzil-qərargahı Tehran yaxınlığındakı "Lavizan" bazasnda yerləşən xüsusi hərbi dəstə yaradıb. Orada 60 nüvə mütəxəssisi nüvə proqramının inkişaf etdirilməsi ilə məşğul olacaqlar.
İsrail hesab edir ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. "Altılar"ın danışıqlarının nəticə verəcəyinə inanmayan İsrail rəsmiləri İrana preventiv zərbə endirməyi və ABŞ-ın bu məsələdə İsrailə dəstək verməsini təklif edir. Təl Əvivdə hesab edirlər ki, İran danışıqları uzatmaqla vaxt qazanmaq və atom bombaı hazırlamaq prosesini sürətləndirməyə çalışır.

Bu xəbər oxucular tərəfindən 1364 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |