Şrift:
Milli Dirçəliş hərəkatı Partiyası bütün Azərbaycanlılara Güney Azərbaycanda baş verən zəlzələ ilə bağlı başsağlığı verir
13.08.2012 [16:31] - Siyasi partiyalar, Fərəc Quliyev
Əziz həmvətənlər məlum olduğu kimi, Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində yüzlərlə soydaşımızin həlak olduğu, minlərlə insanın isə yaralandığı bildirilir: “Bu ağır faciəyə görə bütün millətimizə, xüsusilə də faciə qurbanlarının yaxınlarına dərin hüznlə baş sağlığı verir, millətimizin başı sağ olsun deyirik. Zəlzələ ilə bağlı kədərimizlə yanaşı qapalı İran hökumətinin bəzi hərəkətləri də təəssüf doğurur. Fars rejimi belə ağır gündə də informasiya qapalılığını saxlayır. Zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı və iranın televiziya kanallarında bu ağır fəlakətlə əlaqədar demək olar ki ətraflı heç bir xəbər verilmir . Bu günə qədər də itkilər haqda tam və ətraflı məlumat yoxdur rejimin bu cuür davranışına həta bəzi millət vəkiləridə öz etirazlarını bildirdilər.

Türkiyədən və Azərbaycandan soydaşlarımıza başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb. İndi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır.
Amma faşist molla hökuməti bütün yardım edən ölkələrə rədd cavabı verir. Təbrizdə xəstəxanalara gedib qan vermək istəyən insanlara orucları pozulmasın bəhanəsilə geri qaytarılır və qan alınmır. Təbriz, Urmu, Ərdəbil, Xoy, Sulduzda yüzlərcə insan Qızılay ofislərinin qarşısına yığılıb qan vermək istəsə də, onların müraciətinə baxılmır. Bütün bunlar Fars rejiminin Azərbaycan Türklərinə qarşı qərəzli olduğunu bir daha sübut edir. Zəlzələ qurbanlarına yardım etmək istəyən Azərbaycan vətəndaşlarına İranın Azərbaycandakı səfirliyinin şərait yaratmaması barədə məlumatlar var. İranın Bakıdakı səfirliyi bu yanlışı dərhal aradan qaldırmalıdır. Azərbaycan vətəndaşlarının öz soydaşları olan faciə qurbanlarına bu ağır anlarda kömək etmək istəkləri təbiidir və İran dövləti bunu anlayışla qarşılanmalıdır.Milli Dirçəliş Hərəkatı Partiyası olaraq zəlzələ nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyimizi bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralı soydaşlarımıza tezliklə şəfa və millətimizə səbir diləyirik”.
ALLAH RƏHMƏT ELƏSİN
Dərin hüzünlə
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Millət vəkili Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 2542 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed