14.08.2012 [10:07] - Xəbərlər, Güney Azərbaycan-Təbriz
İranda Təbriz şəhərində azərbaycanlı fəallarla polis arasında qarşıdurma baş verib. Təbrizdə yaşayan soydaşlarımızdan daxil olan məlumatına görə, bir qrup azərbaycanlı fəal Təbrizin Heydərabad məhəlləsində zəlzələdən zərərçəkənlərə yardım məqsədilə kampaniya təşkil edib. Kampaniya polisin və “Bəsic”in (hökumət tərəfdarı könüllülər dəstəsi) etirazına səbəb olub. Onlar xeyriyyə aksiyasını dayandırmağı tələb ediblər. Bu tələblə razılaşmayan azərbaycanlı fəallar “Yaşasın Azərbaycan”, “ Azərbaycan, başın sağ olsun” şüarları səsləndiriblər. Güclü müqavimətlə qarşılaşan polis və “Bəsic” oradan uzaqlaşmaq məcburiyyətində qalıb.
Bu xəbər oxucular tərəfindən 1351 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |