Şrift:
Türkiyədə baş vermiş zəlzələ nəticəsində 50 nəfər yaralanıb
23.10.2011 [17:36] - Gündəm
Türkiyədə baş verən zəlzələ nəticəsində 50 nəfər yaralı var. Zərər çəkənlər Van vilayətinin xəstəxanalarında yerləşdirilib. Bu barədə CNN Türk telekanalı xəbər yayıb.

Türkiyənin Van əyalətində 6.6 bal gücündə olan zəlzələ baş verib. Bu barədə yerli telekanallar xəbər yayıb.

Bosfor rəsədxanasının direktoru Ahmet Ercan yerli NTV telekanalının efirində bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 13:40-da qeyd olunub. Zəlzələnin episentri 5 km dərinlikdə olub.

Dağıntı və xəzarət alanların olduğu bildirilir.

Məlumata əsasən, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan hadisə yerinə yola düşüb.
Bu xəbər oxucular tərəfindən 1022 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed