18.05.2019 [10:49] - Gündəm, Mədəniyyət
Mayın 17-də İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunan pianoçuların beynəlxalq müsabiqəsinə yekun vurulub.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyində bildirilib ki, səfir Xanım İbrahimova tədbirdə çıxış edərək pianoçuların beynəlxalq müsabiqəsinin uğurlu təşkilinə görə Adilə Əliyevaya təşəkkürünü bildirib, onun səyləri nəticəsində bu müsabiqəyə hər il daha çox iştirakçının qatıldığını söyləyib. O, keçən il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın İsveçrədəki səfirliyi tərəfindən xüsusi mükafatın təsis olunduğu barədə məlumat verərək, ənənənin bu il də davam etdirilməsindən məmnunluğunu bildirib. Səfir vurğulayıb ki, hazırkı müsabiqədə Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə Heydər Əliyev adına xüsusi mükafatın 5 iştirakçıya təqdim edilməsindən qürur duyur.
Sonra diplomat iştirakçılara Heydər Əliyev fenomeni haqqında məlumat verib. Qeyd edib ki, Ümummilli Lider ölkəmizin ən çətin dövrlərində xalqın tələbi ilə hakimiyyətə qayıdaraq 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edib. Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və iqtisadi tənəzzül ölkəmizi mövcudluq mübarizəsi aparmağa vadar edib, belə çətin dövrdə məhz Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyaraq ölkənin gələcək inkişafının təməlini qoyub.
Daha sonra qaliblərə mükafatlar, o cümlədən Heydər Əliyev mükafatı təqdim edilib, onların ifasında musiqi parçaları ifa olunub.
Builki qaliblər arasında beş azərbaycanlı da var. İsveçrənin Bern şəhərində yaradılmış “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdi bu il ilk dəfə olaraq müsabiqədə iştirak edib. İsveçrə təhsil sisteminə inteqrasiya olunmuş bu məktəbdə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yanaşı, şagirdlərə milli rəqs və musiqi dərsləri də tədris olunur.
Qeyd edək ki, 1996-cı ildən keçirilən müsabiqədə hər il 250-dən çox musiqiçi iştirak edir.
Elgün Niftəli

Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |