Şrift:
Sinan Oğan: “Xaricdə yaşayan Azərbaycan türkləri güclü şəkildə təşkilatlanmalıdırlar”
14.08.2012 [11:53] - Diaspor
Cənab prezident İlham Əliyevin çox gözəl bir sözü var: “Bir millətin iki diasporu olmaz” fikirləri hər zaman öz aktuallağını saxlayır.

Bu sözləri Türkiyə parlamentinin deputatı, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) rəhbəri, politoloq Sinan Oğan vahid türk diasporunun yaranması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Həqiqətən də biz əgər bir millətin iki dövlətiyiksək,onda bir millətin nə üçün iki diasporası olsun. Vaxt itirmədən bu diasporu birləşdirməliyik. Amma bundan öncə Türkiyə başda olmaq üzrə Azərbaycandan xaricdə yaşayan azərbaycan türkləri yaşadıqları ölkələrdə yenidən güclü şəkildə təşkilatlanmalıdırlar.

Öncə Azərbaycan türklərinin xaricdəki təşkilatlanmaları tamamlanmalı, sonrasında isə Türkiyə başqa olmaq üzrə digər türk dövlətlərinin diasporları bir araya gətirilməli və vahid türk diasporu yaradılmalıdır”,-deyə Sinan Oğan qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed