Şrift:
İran Hörmüz boğazını bağlasa, bəzi ərəb dövlətləri qida və su qıtlığı ilə üzləşə bilər
14.08.2012 [12:13] - Gündəm
ABŞ və İsrailin mümkün hərbi müdaxiləsinə cavab olaraq İranın Hörmüz boğazını bağlamaq təhdidi bölgədəki dörd ərəb dövlətinin narahatlığına səbəb olub.
İran Hörmüz boğazını bağlasa, dünyanın ən zəngin neft hasilatçıları olan ərəb dövlətləri böyük qida və su qıtlığı ilə üz-üzə qala bilər.

Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər üçün su və qida ehtiyacı baxımından Hörmüz boğazı enerjidən də böyük həyati əhəmiyyət kəsb edir. Bu ölkələr düyü və buğda da daxil olmaqla əsas qida ehtiyaclarının 90%-ni Hörmüz boğazından keçirməklə təmin edir.

İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, qısa müddətdə qida və su qıtlığı yaşamaq məcburiyyətində qalacaq ərəb dövlətlərinin indidən fərqli tədarük yolları tapmağa çalışdıqları və bu istiqamətdə milyardlarla dollar sərmayə qoymağa başladıqları bildirilir.

Bəzi ölkələr idxal etdikləri nəhəng buz kütlələri tutacaq anbarlar tikməyə hazırlanarkən, bəziləri də başqa dövlətlərdən torpaq satın alaraq kənd təsərrüfatı sahəsinə sərmayə qoyur.
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed