21.05.2019 [11:32] - Xəbərlər, Diaspor
Madriddə İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuralarının təsis yığıncağı keçirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyada və Portuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak ediblər.
Yığıncağın əvvəlində Azərbaycanın dövlət himni səslənib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini, habelə tədbirə toplaşmış həmvətənlərimizi salamlayıb. Səfir qeyd edib ki, Dövlət Komitəsi xaricdəki Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edir, onun daha sıx birləşməsi üçün səy göstərir. Madrid görüşünü bu səmərəli fəaliyyətin əyani nümunəsi hesab edən səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi üçün həmvətənlərimizin sıx birliyinin mühüm rol oynamasını həmişə vurğulayır.
Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışıb. F.Muradov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komitəsinin sədri kimi onun qarşısında qoyulmuş vəzifələrdən biri ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla mütəmadi görüşlər keçirməkdən, xaricdəki Azərbaycan diasporunun mobillik və mütəşəkkillik səviyyəsini yüksəltməkdən ibarətdir.
F.Muradov son bir ildə Azərbaycan diasporu ilə keçirilmiş görüşlər, xalqımızın milli-mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə görülmüş işlər, habelə Dövlət Komitəsinin qarşıdakı planları barədə məlumat verib.
Vurğulanıb ki, bizim xaricdəki icmaların daha səmərəli fəaliyyətinə nail olmaq məqsədilə bir sıra ölkələrdə əlaqələndirmə şuraları yaradılıb.
Görüşdə Azərbaycanın diaspor siyasətinə və Dövlət Komitəsinin son bir ildə görülmüş işlərə həsr edilmiş “Vətən uzaqda deyil” adlı promoçarx və videoçarx nümayiş etdirilib.
İspaniyada Azərbaycan diasporunun daha sıx birləşməsi və onun fəaliyyətinin gücləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra əlaqələndirmə şuraları təsis edilib. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov AZƏRTAC-a müsahibəsində diqqətə çatdırıb ki, Madriddə çox səmərəli görüş keçirilib. Nəticədə iki əlaqələndirmə şurası təsis edilib. Bu yeni qurumlar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə diasporların fəaliyyətinin səmərəsinin artırılmasına yönəlmiş layihələr, o cümlədən mədəni xarakterli layihələr həyata keçiriləcək. O qeyd edib ki, 2018-ci ilin iyul ayında Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fakt bir daha onu göstərir ki, Vətən uzaqda deyil, bizim yanımızdadır.
İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd edib ki, o, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Y.Novruzova vurğulayıb ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycanın İspaniyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək.
Nigar Cəfərli

Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |