14.08.2012 [13:11] - Güney Azərbaycan xəbərləri
Səttarxan su bəndinin divarlarında tez bir zamanda bərpa işləri aparılmazsa, bu, ciddi fəsadlara səbəb ola bilər.
Şərqi Azərbaycan vilayətinin Əhər və Vərzəqan şəhərləri arasında tikilmiş "Səttarxan" su bəndinin divarlarında bu bölgədə baş vermiş zəlzələdən sonra çatlar əmələ gəlib.
Məlumata əsasən, "Səttarxan" su bəndinin divarlarında tez bir zamanda bərpa işləri aparılmazsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Belə ki, həmin bəndin ətrafında 20-yə yaxın kənd yerləşir. Bəndin divarları sıradan çıxarsa, həmin kəndləri su basar.
"Səttarxan" bəndi Əhər çayının üzərində tikilib və Əhər şəhərinin 15 kilometrliyində yerləşir.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |