Şrift:
Urmu əhalisi zəlzələdən zərərçəkən qardaşları üçün qan verməyə sıra gözləyir
14.08.2012 [13:38] - Güney Azərbaycan xəbərləri
Urmu şəhəri əhalisi Şərqi Azərbaycandakı zəlzələdən zərərçəkənlərə var gücü ilə yardım etməyə çalışır.
Məlumata görə, soydaşlarımız öz bacı və qardaşlarına qan vermək üçün sıraya durublar. Urmunun Qan İntiqal mərkəzinin məsullarından biri bildirib ki, “6 saat ərzində 80 vahid qan alınıb. Ondan öncə isə 3 saat ərzində 180 vahid qan hədiyyə olunub. Hədiyyə olunan qanlar zəlzələdən zərər çəkənlər insanlara göndərilib”. Məsul şəxs əlavə edib ki, qan hədiyyə etmək istəyən şəxslərin sayı getdikcə artır.Qeyd edək ki, qan vermək üçün müraciət edənlərin böyük əksəriyyətinin yaşı 20-25 arasındadır.Təbrizdən də oxşar xəbərlər gəlir. Məlumata görə, Qan İntiqal mərkəzində böyük izdiham yaşanır. Məsul şəxslərdən biri bildirib ki, belə gedərsə qanla bağlı heç bir problem yaşanmayacaq.
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed