Şrift:
Suriyada yaraqlılar tanklarla hökumət qoşunlarına hücuma keçiblər
22.05.2019 [10:39] - Gündəm, Hərb
Mayın 21-də Suriyada yaraqlılar tanklardan da istifadə etməklə hökumət qoşunlarının mövqelərinə hücuma keçiblər.
Bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
"21 may 2019-cu ildə qanunsuz silahlı birləşmələrin yaraqlıları "Hayat Təhrir əş-Şam" terror qruplaşmasının rəhbərliyi altında tanklardan və "cihad-mobil"lərdən istifadə etməklə Əl-Habit — Kafr-Nbuda və Kafr-Zayta — Hamamiyət istiqamətində hücuma keçməyə cəhd ediblər", — deyə o bildirib.
Onun sözlərinə görə, hazırda Suriya hökumət qoşunlarının bölmələri terrorçuların kütləvi hücumunun qarşısını almağa cəhd göstərir.
Bu xəbər oxucular tərəfindən 415 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed