22.05.2019 [10:56] - Mədəniyyət
Auksionda rəssam Aslan Rüstəmovun "Bahar 2015" əsəri 2200 manata, Mir Azər Abdullayevin "Sürət" əsəri 3300 manata, Şamil Cəfərovun "İnqermandland" gəmisi 1300 manata satılıb.
Auksionda ümumilikdə beş lot satılıb, ən bahalı lot Mir Azər Abdullayevin "Sürət" əsəri olub, 3300 manata satılıb.
Auksionda xalq rəssamı Böyükağa Mirzəzadənin "Səhnə arxasında", xalq rəssamı Mara Rəhmanzadənin "Göl", "Lənkəran" tabloları, Tofiq Cavadovun "Kamal Əhmədin portreti" və başqa əsərlər hərraca çıxarılsa da satılmayıb.
***
Saat 12:45
Mədəniyyət Nazirliyinin Dövlət Rəsm Qalereyasının və "Auction Baku" MMC-nın təşkilatçılığı ilə "Hilton Baku" otelində ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçirilir.
Auksionda Böyükağa Mirzəzadənin, Maral Rəhmanzadənin, Gennadiy Brijatyukun, Zakir Hüseynovun, Tofiq Cavadovun, İlham Mirzəyevin, Mirazər Abdullayevin, Mahmud Rüstəmovun, Aslan Rüstəmovun əsərləri, "İnqermandland" adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi iştirak edib.
Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib ki, bu auksion ölkənin sənət tarixində ilk hadisədir: "Bundan əvvəl Azərbaycanda belə sənət hadisəsi baş verməyib. "Auction Baku" bundan sonra da bu cür hərracları həyata keçirəcək".
Direktor auksiona çıxarılan əsərlərin hamısının şəxsi kolleksiyalara məxsus olduğunu vurğulayıb: "Burda təqdim olunan əsərlər Azərbaycanın ən gözəl rəssamlarının işləridir".
Rəssam İlham Mirzəyev auksionda "Sirli Afrika" əsərinin satışa çıxarıldığını bildirib: "Bu əsər müəllif texnikası ilə çəkilib, fırçadan istifadə olunmayıb. Mən belə auksionların gələcəkdə də keçirilməsini arzulayıram".
Daha sonra auksionun ilk çəkici vurulub və Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan "Yarpaqlar" tablosu hərraca çıxarılaraq 1000 manata satılıb.
Qeyd edək ki, auksiona çıxarılan əsərlərin ilk qiymətləri 7000-70000 manat arasında təyin olunub.
Mirmehdi Ağaoğlu

Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |