Şrift:
Türkiyənin UNESKO üzrə Komissiyasının sədri: "Dolma türk yeməyidir və adı doldurmaq sözündən götürülüb"
24.05.2019 [11:06] - Mədəniyyət
"Dolma türk mətbəxinə məxsusdur. Bu yeməyin adı türkcə doldurmaq sözündən götürülüb. Ona görə də ermənilərin "dolma bizimdir" deyərək hay-küy salmaları səhv addımdır".
Bunu açıqlamasında Türkiyənin UNESKO üzrə Milli Komissiyasının sədri, professor Öcal Oğuz deyib.
O bildirib ki, ermənilərlə türklər arasında tarix boyu yaşanan coğrafi bərabərliyi ermənilərin separatçı ideyaları parçalayıb: "Ermənilərlə türklər XX əsrin əvvəllərinədək iki qardaş kimi yaşayıblar. Ermənilər aşuk dedikləri musiqiçilər bizim aşıqlarla eyni yerlərdə eyni hekayələri anladıblar. Erməni aşuqlarının hekayələri ilə türk və azərbaycanlı aşıqların hekayələri oxşar olub. Bizim tarixdə coğrafi bərabərliyimiz olub. Lakin XX əsrdə ermənilər bu bərabərliyi parçalayıblar".
Türkiyəli professor UNESKO-da lavaşla bağlı mübahisəyə də toxunub: "UNESKO-da lavaşla bağlı xüsusi sənəd var. Ermənilər lavaşa iddia edəndə bütün türk dünyası bir araya gələrək bu nemətin türklərə məxsus olduğunu bəyan və sübut etdi".
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed