Şrift:
Millət vəkili Qənirə Paşayeva zəlzələylə əlaqədar Təbrizə səfər edib
15.08.2012 [13:13] - Gündəm
Millət vəkili bildirib ki, o, Güney Azərbaycanda zəlzələdən zərər çəkmiş insanlarla görüşüb: “Təbrizdəki Baş Konsulluğumuzda oldum, onlar da zəlzələdən zərər çəkənlərə əllərindən gələn yardımı edirlər. Qardaş-bacılarımız Azərbaycanın bu cür duyarlılığını, dərhal yardım təklif etməsini yüksək qiymətləndirirlər. Bu, hamımızın acımızdı, nə fərqi var o tay, bu tay”.

Q. Paşayeva deyib ki, zəlzələ nəticəsində 300 nəfərin həyatını itirməsinə, 3000-dən artıq yaralı olmasına baxmayaraq, İranın bütün ərazisində matəm elan olunmaması məyusluq yaradıb:”Sadəcə, Şərqi Azərbaycan əyalərində matəm elan olunub. Bu nə münasibətdir, anlamıram. Türkiyədə gələn yardım da geri qaytarılıb. Baxmayaraq ki, həmin bölgədə insanların yardıma ciddi ehtiyacları var. Amma yardımdan imtina edilib və geri qaytarılıb”.
Bu xəbər oxucular tərəfindən 1248 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed