Şrift:
“Ruh, ruh” - “YARAT”da açılan növbəti sərgi belə adlanır
25.05.2019 [10:15] - Gündəm, Mədəniyyət
“YARAT” emalatxanasında “Ruh, ruh” adlı studiya sərgisi açılıb.

Sərgidə rəssamlar Katya Verheul (Niderland), Ela Ştefanats (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva və Çinarə Məcidovanın (Azərbaycan) əsərləri nümayiş edilir.

Araşdırma üçün təmin edilən məhdud resurslar, rəssamları daha kreativ, daha effektiv düşünməklə yanaşı, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yolların tapılması istiqamətində daha çox enerji sərf etməyə məcbur edib.

Rəssamlar, öz mesajlarının əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanatı irəli sürmək üçün, kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər. Rəssamlar bəzən dili büsbütün “yoxa çıxararaq” və diqqəti yazılmış sözün tək vizual tərcüməsinə yönəldərək, öz mətnlərini instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər.
Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed