25.05.2019 [10:18] - Gündəm, Mədəniyyət
Mayın 25-də Heydər Əliyev Sarayında tanınmış İsrail bəstəkarı və kamança ifaçısı Mark Eliyaxunun konserti olacaq.
Bu münasibətlə mayın 24-də “Landmark” hotelində Mark Eliyaxunun yerli jurnalistlərlə görüşü olub.
Musiqiçi görüşdə bildirib ki, 20 ildən sonra Bakıya qayıtmağa və solo konsertlə çıxış etməyə şaddır. O deyib: “Özümü və musiqimi tapmaq üçün evdən ayrılıb dünya səyahətinə gedəndə 16 yaşım vardı. Azərbaycanın musiqi aləti olan kamançanın sədalarını ilk dəfə eşidəndə başa düşdüm ki, axtardığımı tapmışam. Buna görə də Bakıya gəlmək istədim. İki il burada yaşadım və böyük ustad Ədalət Vəzirovdan kamança dərsləri aldım”.
Musiqiçi bildirib ki, konsertdə onun atasının və özünün yazdığı əsərlər səslənəcək.

Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |