15.08.2012 [13:33] - Güney Azərbaycan xəbərləri
“The Guardian” Mahmud Ənmədinejadın zəlzələ qurbanlarına qarşı biganəliyindən yazdı.
İranda Türklərin yaşadığı bölgələrdə baş vermiş zəlzələ dünya mətbuatının gündəmindən düşmür. Xüsusən, zəlzələdən cəmi bir gün sonra İran prezidenti Mahmud Əhmədinejadın İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfəri tənqidlərə səbəb olub.
Artıq mövzu beynəlxalq mediada da geniş işıqlandırılır. Dünyanın nüfuzlu media qurumlarından olan Ingiltərənin “The Guardian” qəzeti İran hökumətinin Azərbaycan türklərinə qarşı laqeyd münasibətindən yazır.
“Cəmi bir gün əvvəl baş verən zəlzələyə baxmayaraq, İran prezidenti Mahmud Əhmədinejad İslam Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına nəzərdə tutulan səfərini təxirə salmadı. Bu toplantıda əsasən Suriya böhranının müzakirəsi gözlənilir.
Lakin onun müşavirlərilə birlikdə zəlzələdən cəmi bircə gün sonra bu xarici səfəri ölkəsində narazılığa səbəb olub. İstər sıravi vətəndaşlar, istərsə də ictimai-siyasi xadimlər İran prezidentini təbii fəlakət qurbanlarına biganə münasibətinə görə qınayır. Onlar bildirir ki, dünyanın istənilən ölkəsində bu cür təbii fəlakətlər zamanı ölkə rəhbərliyi planlarında dəyişiklik edir, hadisə yerinə baş çəkir, insanlara başsağlığı verir, xilasetmə işlərilə tanış olur. Amma Ədmədinejad bu addımların heç birini atmadı", - deyə “The Guardian” yazır.
Təbriz sakinləri, həmçinin millət vəkillərinin dövlət televiziyasına qarşı tənqidləri də məqalədə yer alıb. Qeyd olunub ki, dövlət televiziyasının diqqəti zəlzələdən yayındırmaq cəhdi, təbii fəlakətdən sonrakı ilk saatlarda guya, zəlzələ nəticəsində qurbanların olmadığı haqda yaydığı məlumat insanları hiddətləndirib.
“Yüzlərlə insan uçqunlar altında qaldığı halda, dövlət televiziyası təbii fəlakət haqqında heç bir məlumat vermədi. Həmin vaxt telekanal Olimpiadada neçə medal qazanıldığını hesablamaqla məşğul idi”, - deyə “The Guardian” Təbrizdən millət vəkili seçilən Əlirza Sefidanın fikirlərinə yer verib.

Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |