Şrift:
Vatikanda çirkli pulların yuyulması ilə bağlı məhkəmə işlərinin sayı azalıb
25.05.2019 [10:25] - Xəbərlər, Hüquq
Müqəddəs Taxt-Tacın Maliyyə İnformasiya İdarəsinin (AİF) verdiyi məlumata əsasən, Vatikanda ötən üç illə müqayisədə 2018-ci ildə çirkli pulların yuyulması ilə bağlı məhkəmə işlərinin sayı 56-ya enib. Belə ki, 2017-ci ildə onların sayı 150, 2016-cı ildə 207 və 2015-ci ildə 544 qeydə alınıb.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə AİF məlumat yayıb.

AİF-in illik hesabatında bunun çirkli pulların yuyulması ilə bağlı mübarizədə irəliləyişin əlaməti olduğu bildirilib.

Çirkli pulların yuyulması ilə bağlı qabaqlayıcı tədbirlərə gəldikdə, üç tranzaksiya və ya ümumi məbləği 422,077 avro olan əməliyyat durdurulub, iki hesab, pul vəsaitləri və ümumi məbləği 2 362 725, 33 avro olan iqtisadi vəsaitlər dondurulub.

Asiman Əsədov
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed