17.09.2011 [14:40] - Xəbərlər
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının büro üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov sentybarin 5-7-da keçirilən Avropa Birliyi Gənclər Sammitində Polşanın paytaxtı Varşavada səfərdə olmuşdur.
A.Xəlilovun verdiyi məlumata görə, keçirilən sammit çərçivəsində bir sıra məsələlər - gənclərin inkişafının 2013-cü ildən sonrakı fəaliyyət planında hansı dəyişikliklərin məqsədə uyğun olması, mövcud problemlərin müzakirəsi və onların həllində atıla biləcək addımların nəzərdən keçirilməsi, gənclər sektorunda çalışanlarla dövlət orqanlarının birgə araya gətirmək və mövcud məsələlərin bir yerdə işlənilməsi və son nəticənin alınması və s müzakirə olunmuşdur. Bizim üçün isə maraqlı olan Avropa Birliyi ölkələri ilə Şərq tərəfdaşlığı proqramına üzv ölkələr arasında viza probleminin həll olunması və aradan qaldırılması məsələsi müzakirə olundu və Avropa İttifaqından gəlmiş yüksək vəzifəli qonaqların nəzərinə çatdırıldı. Bir maraqlı məqam isə Avropa İttifaqının komisarlığının təklifi idi ki, Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının assambleyalarının ləğv olunması və onlara ayrılan maliyyələrin qrant şəklində gənclər təşkilatlarına verilməsi oldu.

Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |