Şrift:
Təhlükəsizlik qüvvələri əhalinin yardımına maneçilik yaradır
15.08.2012 [14:30] - Güney Azərbaycan xəbərləri
Ərdəbildə azərbaycanlı fəalların zəlzələzə bölgəsinə yardım etməyə çalışması, təhlükəsizlik qüvvələrinində həssaslıq yaradıb.




Məlumata görə, Şərqi Azərbaycan Əyalətində baş verən zəlzələdən bir neçə saat sonra Ərdəbilli Milli Hərəkat fəalları hərəkətə keçib və zəlzələdən zərərçəkənlərə kömək məqsədi ilə zəruri yardımları topllayıb və hər gün 3, 4 maşınla təbii fəlakət bölgəsinə göndərirlər. Milli Hərəkat fəallarının bu səmimi canfəşanlığı və əhalinin İran rejiminin biganə münasibətindən narazılığı təhlükəsizlik qüvvələrində həssaslıq yaradıb. Onlar yardımlaşma prosesinə əllərindən gəldiyi qədər maneçilik yaradırlar.



Qeyd edək ki, Ərdəbildə əhalinin böyük əksəriyyəti dövlət orqanlarına etimad etmədikləri üçün, öz yardımlarını bir başa vəya Milli Hərəkat fəalları vasitəsi ilə zəlzələdən zərərçəkənlər soydaşlarımıza çatdırırlar.
Bu xəbər oxucular tərəfindən 1175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed