15.08.2012 [14:41] - Gündəm
İranda həbs olunan Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadənin bu gün keçirilən məhkəmə prosesi yenə təxirə salınıb.
Bu barədə Modern.az saytına Fərid Hüseynin anası Tahirə Hüseynova məlumat verib. O, bildirib ki, şairlərin məhkəməsi gələn həftəyə qalıb.
“Məhkəmə bu gün qərar verməli idi. Yenə prosesi yubandırdılar. Bildiriblər ki, məhkəmə yekun qərarı gələn həftə verəcək. Dəqiq vaxt bizə hələki bildirilməyib. Məhkəmədə iştirak etmək üçün qardaşım Təbrizə getmişdi. Mən səhhətimlə əlaqədar bu dəfə gedə bilmədim. Qardaşımla əlaqə saxlamışıq, o deyir ki, məhkəmənin hökmü gələn həftəyə qaldı. Artıq biz də bilmirik bu işin sonu necə olacaq”, - deyə şairin anası bildirib.
T.Hüseynova vurğulayıb ki, Azərbaycan vətəndaşlarının hüquqlarını iranlı vəkil müdafiə edir.
Qeyd edək ki, mayın 2-də İranda həbs olunan azərbaycanlı şairlərin ilk məhkəməsi avqustun 7-də keçirilmişdi. Onlar dövlətin əleyhinə təbliğata cəhddə ittiham olunublar.

Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |