Şrift:
Daha bir Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı
15.08.2012 [14:54] - Gündəm
London Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Hamid Mohammad Sourian qazandığı mükafatı Güney Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb.

Yunan-Roma güləşçisi Hamid Mohammad Sourian 55 kq çəki dərəcəsində finalda məhz Azərbaycan təmsilçisi Rövşən Bayramovu məğlub etmişdi. Londondakı Azərbaycan “derbisi”nin nəticəsində Rövşən gümüş, Hamid qızıl medal qazanmışdı.

Qeyd edək ki, iki gün əvvəl İranın yunan-roma güləşi üzrə 96 kiloqram çəkidə olimpiya çempionu, miliyətcə azərbaycanlı Qasem Rezai də qızıl medala görə pul mükafatını Güney Azərbaycanda zəlzələdə zərər çəkənlərə yardım fonduna bağışlamışdı.
Bu xəbər oxucular tərəfindən 995 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed