Şrift:
Ölkə milli faciə ilə üz-üzə qalacaq – Erməni seysmoloq
15.08.2012 [15:18] - Qərbi Azərbaycan-İrəvan
“Ermənistanda, xüsusən də paytaxt İrəvanda binaların zəlzələyə davamlılığının gücləndirilməsi milli təhlükəsizlik məsələsidir və nə qədər ki, bu məsələyə ciddi yanaşılmır ölkə milli faciə ilə üzə-üzə qalacaq”.

Ermənistan KİV-nə istinadən xəbərə görə, bu sözləri erməni seysmoloqu Vladimir Balasanyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanda zəlzələ baş verəcəyi halda 80% yaşayış fondu məhv olacaq. Seysmoloq yeni tikililərin olmasına rəğmən paytaxtın 70-80% yaşayış fondunun, binaların sovet dövründə tikildiyini və istifadəyə yararsız olduğunu açıqlayıb.

Həmin binaların 7 baldan aşağı zəlzələyə davamlı olduğunu və yeni tikililərin standartlara cavab vermədiyini deyən Balasanyan, zəlzələnin paytaxt İrəvan üçün əsl milli faciə olacağını qeyd edib. O, dəfələrlə binalarda bərpa işlərinin aparılmasının vacibliyi məsələsini qaldırsa da, müvafiq yerlərdən reaksiya gəlmədiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 1271 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed