Şrift:
Türkiyə ordusu Şimali İraqda antiterror əməliyyatına başlayıb
29.05.2019 [10:41] - Gündəm, Hərb
Türkiyə İraqın şimalında Hakurk bölgəsində PKK terrorçularına qarşı “Pəncə” hərbi əməliyyatına başlayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, mayın 27-də günorta saatlarında artilleriya və qırıcı təyyarələr Hakurk bölgəsindəki PKK terrorçularının olduqları əraziləri bombalayıb. Daha sonra yerli vaxtla saat 20.00 radələrində quru qüvvələri sərhədi keçərək, Hakurk bölgəsində əməliyyata başlayıb. Məqsəd Hakurk bölgəsində PKK terror təşkilatının istifadə etdiyi mağara və sığınacaqları məhv etmək, terrorçuları zərərsizləşdirməkdir.

Ramiz Mikayıloğlu
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed