Şrift:
Sağlam ölkələrin adı açıqlandı - Siyahı
15.08.2012 [15:34] - Sosial
Azərbaycan siyahıda 87-ci yeri tutub. Qonşu ölkələrdən Gürcüstan 71-ci, Türkiyə isə 44- pillədə yer alıb. Ermənistan da siyahıda bizi qabaqlayaraq 79-cu pillədə qərarlaşıb.


Bloomberg agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə ölkələrin reytinqini tərtib edib.Sağlamlıq səviyyəsinin qiymətlənməsində həmin ölkədə orta yaş müddəti, uşaq ölümün səviyyəsi, təbii artım, ölümün səbəbləri və 65 yaşına çatmış qadın və kişilərdə ölüm göstəriciləri nəzərə alınıb.

Reytinqi aşağı salan, risk faktorları sırasında yaşlılar arasında siqaret çəkənlərin, spirtli içki qəbulu, piylənmə, zəif fiziki aktivlik, xolesterol göstəriciləri, qan təzyiqi və qandakı qlükoza səviyyəsi, QİÇS-ə yoluxmuş inşaların sayı, ekoloji situasiya, həmçinin uşaq xəstəlikləri qeyd edilib.

Siyahıda ən sağlam ölkə kimi Sinqapur ilk pillədə qərarlaşıb. İtaliya ikinçi yerdə dayanıb. Onun ardınca Avstraliya, İsveçrə və Yaponiya gəlir. Azərbaycan siyahıda 87-ci yeri tutub. Qonşu ölkələrdən Gürcüstan 71-ci, Türkiyə isə 44- pillədə yer alıb. Ermənistan da siyahıda bizi qabaqlayaraq 79-cu pillədə qərarlaşıb.

145 ölkədən ibarət siyahı da Afrika ölkələri sonuncu pillələrdə yer tutub. Bunlar Mozambik, Çad, Konqo, Lesoto və Svazilend-dır.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed