30.05.2019 [10:09] - Hadisə
Qarabağdakı separatçı rejimin keçmiş “ordu komandanı” Samvel Babayanın tərəfdarları Ermənistan ərazisində silahlı hücuma məruz qalıb. Bir qrup silahlı şəxs Samvel Babayanın adamlarının yolunu kəsərək, onlara atəş açıblar. Bu haqda Samvel Babayanın ofisi məlumat yayıb.
"Mayın 29-da, təxminən saat 03: 30-da, Sevan-Martuni yolunda Samvel Babayanın silahdaşlarına silahlı banda tərəfindən atəş açılıb”.
Bəyanatda deyilir ki, həmin silahlı banda Qarabağdakı rejimin “keçmiş baş nazir”i, “Azad Vətən” Partiyasının rəhbəri Araik Arutyunyanın rəhbərlik etdiyi gənclərdir.
"Hadisənin Ermənistan ərazisində baş verdiyini nəzərə alaraq, Ermənistanın zərər çəkmiş vətəndaşları kimi Milli Təhlükəsizlik Xidmətini bu şəbəkəni tapmağa və neytrallaşdırmağa çağırırıq", - bəyantda deyilir.
Bəyanat müəllifləri həmçinin bildiriblər ki, əgər hüquq-mühafizə orqanları müvafiq ölçü götürməsə, onlar da eyni cür tədbirlərdən istifadə etməyə və eyni tərzdə cavab verməyə məcbur olacaqlar.
Xatırladaq ki, son vaxtlar Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə “Qarabağ klanı” arasında savaş gedir. Ermənistanda hakimiyyətdən salınan “Qarabağ klanı” Paşinyan hökumətinə əks-hücuma keçib.

Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |