15.08.2012 [15:42] - Türk dünyası-Turan
Zəfər Çağlayan: «Türkdilli ölkələr arasında əlaqələrin daha da genişlənməsi və sıxlaşması üçün tarixi şərait yaranıb»
«Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ticarət dövriyyəsinin 9 mlrd. dollar olması yetərli deyil»
«Bizim ən böyük gücümüz ortaq dilimiz, ortaq tariximiz və ortaq keçmişimizdir. Bu reallıq fonunda, türk cümhuriyyətləri ilə regional əməkdaşlığımızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə inkişaf etdirilməsinə xarici siyasətimizin prioriteti olaraq yer veririk». Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Bakıda keçirilən toplantısında Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.
Türkdilli ölkələrin potensialından istifadə etməklə əlaqələrin daha da genişləndirilməsinə və sıxlaşdırılmasına tarixi şəraitin yarandığını deyən Zəfər Çağlayan nazirlər toplantısının buna təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb: «Bizim ortaq hədəflərimiz var. Hədəfimiz ölkələrimizin qarşılıqlı olaraq potensiallarından və verdiyi imkanlardan tam olaraq yararlanmaq, müqayisəli üstünlüklərimizi bir-birimizin lehinə istifadə etmək, əlaqələrimizi mümkün olan ən üst səviyyəyə çıxarmaqdır».
Zəfər Çağlayan qeyd edib ki, cari ilin birinci yarısında Türkiyənin Qazaxıstanla ticarət dövriyyəsi 2,2 mlrd. ABŞ dolları, Azərbaycanla 2 mlrd. dollar, Qırğızıstanla isə 143 mln. dollar təşkil edib. Nazirin sözlərinə görə, son 10 ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 10 dəfədən çox, Qazaxıstanla 9 dəfədən çox, Qırğızıstanla isə 5 dəfədən çox artıb: «Ümumilikdə 3,8 mln. kv. km sahəsi, 105 mln. nəfər əhalisi, 1 trln. dollardan çox milli gəliri və 545 mlrd. dollar ticarət həcmini ifadə edən Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın öz aralarında sadəcə 9 mlrd. dollarlıq ticarət dövriyyəsinə sahib olmalarını yetərli hesab etmirəm». Nazir deyib ki, toplantı öncəsi Şuranın müxtəlif qrupları tərəfindən iclaslar keçirilib və müxtəlif sahələrdə əlaqələrin perspektivlərinə dair qərarlar qəbul edilib, yol xəritəsi hazırlanıb. Qrupların toplantısında Türk Şurası çərçivəsində İnkişaf Fondunun yaradılması, quru nəqliyyatın inkişafı, avtomobil daşımaçılığında nəqliyyat vasitələri kvotasının qaldırılması, Xəzər dənizi limanlarının genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |