Şrift:
Azərbaycanlılar İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
16.08.2012 [08:39] - Xəbərlər, Siyasət
Türkiyədə yaşayan, əslən İrandan olan azərbaycanlılar İranın bu ölkədəki səfirliyi önündə etiraz aksiyası keçiriblər.
Türkiyə mediasının verdiyi məlumata görə, aksiya iştirakçıları İranın Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələdən sonra bölgəyə lazımi yardım göstərilmədiyini bəyan edib, səfirlik önünə qara çələng qoyublar.
Aksiyada «Güney Azərbaycanı zəlzələ dağıtdı, İran dövləti uzaqdan baxdı», «Azərbaycan, başın sağ olsun» şüarlarını səsləndirilib.
Aksiya ilə əlaqədar səfirlik ətrafında mühafizə gücləndirilib.
Aksiya iştirakçıları adından danışan Səid Bidoxt zəlzələnin ölkənin şimal-qərbindəki bir çox bölgəyə zərər vurduğunu deyib. İran rəsmilərinin və ölkə mediasının zəlzələ barədə xəbəri gec yaydığını deyən S. Bidoxt zəlzələdən zərər çəkənlərə yardımların edilmədiyini vurğulayıb: «Zəlzələdən yalnız 7 saat sonra bölgəyə Qızıl Aypara adı altında İslam İnqilabı Mühafizəçiləri Keşikçiləri və “Bəsic” təşkilatının üzvlərindən ibarət olunmuş yardım qrupları göndərilib. Lakin axtarış-xilasetmə təcrübəsi olmayan bu heyətlər də 24 saat sonra xilasetmə işlərinin sona çatdığını söyləyib, zəlzələ qurbanlarını diri-diri dağıntılar altında qoyub».
Aksiyada insident qeydə alınmayıb.
Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed