Şrift:
Suriyanın Aəzaz şəhərinə aviahücum nəticəsində 31 nəfər həlak olub
16.08.2012 [09:33] - Xəbərlər
Suriya aviasiyasının müxalifətin nəzarətində olan Aəzaz şəhərinə hücumu nəticəsində 31 nəfər həlak olub, daha 200 nəfər isə yaralanıb. Bu barədə Al-Arabya telekanalı məlumat verir. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar var.
Hücum nəticəsində 10 evin tamamilə məhv edildiyi bildirilir.
Suriyada qarşıdurma 2011-ci ilin martından davam edir. İndiyədək toqquşmada 17 minədək insan qətlə yetirilib.
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed