Şrift:
Güney Azərbaycanda yenidən zəlzələ baş verib
16.08.2012 [11:47] - Güney Azərbaycan xəbərləri
Şərqi Azərbaycan vilayətin yenidən episentri Vərzigan olan zəlzələ baş verib.5 bal gücündə yerli vaxtla saat 17:49-da qeydə alınan zəlzələ Təbrizdə də hiss edilib. Yerin 4 km dərinliyində baş verən zəlzələ nəticəsində Vərziganda yenidən dağıntılar olub. Yeni yaralıların olması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində avqustun 11-də baş verən zəlzələ nəticəsində Əhərin, Herisin və Vərziganın 155 min sakini zərər çəkib. Rəsmi rəqəmlərə görə, 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 1207 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed