16.08.2012 [11:53] - Mədəniyyət
Finlandiyanın paytaxtı Helsinki şəhərində "İFLA-2012" Beynəlxalq Kitabxana Konfransı keçirilir.Mədəniyyət və Turizm Nazirliyinin saytının istinadən məlumata görə, Finlandiya Kitabxana Assosiasiyası, Helsinki şəhər Şurası, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi, habelə Finlandiyanın bütün kitabxanaları tərəfindən dəstəklənən konfransda Azərbaycanı mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təmsil edir.
"Güclü kitabxanalar, güclü cəmiyyətlər: demokratikləşmə və biliklərə giriş kitabxanalardandır" devizi altında həyata keçirilən konfransın seminarlarında "Müasir digital kitabxanalar", "Biblioqrafiya müasir rəqəmləşən dövrdə", "Güclü kitabxana assosiasiyalarının qurulması", "Kitabxanalar: gənclər və uşaqlar üçün" və s. məsələlər müzakirə olunur.
Konfrans çərçivəsində kitabxana-informasiya sahəsində yeni know-how texnologiyalarının və yeni nəşrlərin sərgisi də nümayiş ediləcək.

Bu xəbər oxucular tərəfindən 1258 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |