Şrift:
On bir ilin son zəngi - bu günlərin ahəngi
07.06.2019 [09:38] - Gündəm, DAVAMın yazıları
Qiymət qalmaqalı olurdu bəzən,
Etalon bir idi - "beş" idi ancaq.
Kimisi-üstyankar, sözdə, söhbətdə,
Kimisi qürurlu, kimsə -utancaq.
*
Vardı ərköyünü, dalaşqanı da
Amma dururdular öz sərhəddində.
Bunların dili çox meydan açmağa
Ədəbli idilər söz sərhəddində.
*
Çoxunun seçimi coxdan bəlliydi,
Bax,bu,Edinburqdur,bu da Aberdin.
Şagird müəllimi ötüb keçəndə-
Gərək deyəsən ki, yoxdur bir dərdim...
*
İstanbul,Ankara -yarış yerləri,
Hər yarış onlara böyük zəfərdir.
İndi daha məşhur uğur sədası
Bilik meydanından gələn xəbərdir.
*
İndi həkim olmaq dəbdən düşübdür,
Həkimlər hamısı baş həkimdir ki...
Adi hüquq indi-beynəlxalq hüquq,
Heç kəs öyünməkdən çəkinmir indi.
*
Babanın, atanın, ananın dili,
Aydın məsələdir- düşüncəmizdir.
İngilis dilində şeir yazmaqsa,
Adi həyat tərzi -əyləncəmizdir.
*
Kimi'sə yerində susdurmaq üçün,
Onun dilin bilmək qələbəmizdir.
Dil ki var,açardır min siyasətə,
Dilin var, deməli, yolun təmizdir.
*
Bizim dövr başqa,bu dövr başqa,
İndi- başqa əsr,başqa qərinə...
Təlatüm edirlər bircə him ilə,
"Düz danış", söyləsən,desən birinə.
*
Elə bilirlər ki,hər sözləri - düz,
Qabaq "mən" deyənər, indi deyir -"biz"
Birinci -birdə də,. son sinifdə də....
Hər ildə yüz zəfər, hər ildə min iz.
*
Siz ey birincilər- onbirincilər,
Həmişə birinci - ən birincilər,
Uğurlar,uğurlar,yenə uğurlar...
Bu ilin sonunda -son birincilər....

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.türkoloq
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed