16.08.2012 [13:13] - DAVAMın yazıları
Birləşmiş Ştatların İran üzrə nüfuzlu təhlilçiləri və sabiq rəsmilər Obama Administrasiyasını İslam respublikasının Cənubi Qafqaz və Şərqi Avropada artan təhlükələrinə cavab olaraq region ölkələrinin aktiv müdafiəsinə qalxmağa çağırırlar.
Maraqlısı odur ki, bu çağırışlar Azərbaycan kimi ölkələrdə demokratiyanın vəziyyətindən narazılıq və "hədsiz korrupsiyanın" İslam radikalizminin daha da güclənməsinə səbəb ola biləcəyi barədə narahatlıqlarla eyni vaxtda səslənir.
MövzularTəhlil , Bölgə, Siyasətİranın bu ilin əvvəlində Azərbaycan, Gürcüstan və Taylandda Qərb diplomatlarına qarşı baş tutmamış sui-qəsd cəhdlərini əsas gətirən lobbiçilər və təhlükəsizlik ekspertləri Konqresə təcili hərəkətə keçməyi, “ABŞ-ın regional maraqlarının müdafiəçisi qismində ölçü götürməyi” tövsiyə edirlər.
Bu tip bəyanatlar xüsusilə ötən ay Tehrana təəssübkeşliyi ilə seçilən Hizbullah təşkilatının Bolqarıstanda həyata keçirdiyi və İsrail vətəndaşlarını hədəf alan partlayışdan sonra intensivləşib.
“İndi heç kəs İranın qonşuluqda daha da aqressivləşməyəcəyinə zəmanət verə bilmir. Son bir neçə ay ərzində Qafqaz və Şəqi Avropada təcrübədən keçirilən terror cəhdləri düşündürücü siqnaldır”, Vaşintondakı Brooking institutunun Yaxın Şərq Siyasəti üzrə Saban Məkrəzinin araşdırmaçı direktoru Daniel Byman deyir.
Düzdür, İranın qonşularına qarşı məsələn, kimyəvi, bioloji və yaxud nüvə silahları tətbiq edəcəyi gözlənilmir, amma Hizbullahın əli ilə həyata keçirilən qəsdlər "bir-birini əvəzləməkdə davam edir", ekspert ötən həftə Senatın Xarici Əlaqələr Komitəsində çıxış edərkən deyib.
Qafqaz – döyüş meydanı?
Bolqarıstanda ötən ay törədilən partlayış İsrail vətəndaşlarını hədəfə almışdı.
Son aylara qədər ABŞ-İran hərarəti qonşuluqda, xüsusilə də Cənubi Qafqazda açıq şəkildə nəzərə çarpmırdı.
Vaşinqtonun əsas müttəfiqi Gürcüstan məsələn, hələ də Tehranla ticarət əlaqələri üzərində vibrasiya edir.
Ancaq Tbilisi üçün regionda əsas problem Rusiyanın təcavüzüdür və “əksər gürcülər hələ də ABŞ-ı bu mübarizədə ölkələrinin qarantı kimi görürlər, nəinki İranı” - Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin milli təhlükəsizlik məsələləri üzrə icmalçısı Antony Cordesman deyir.
Türkiyə və Azərbaycanla sərhədləri bağlı olan Ermənistanın da İrana ehtiyacı var və İslam respublikası öz növbəsində, vəziyyətdən istifadə edərək, burada nüfuzunu artırmağa çalışıb. “Hərçənd, Gürcüstanda olduğu kimi, Ermənistanda da Tehranla əlaqələr əsasən ticarətə köklənib” , analitik BBC-Azərbaycancaya deyib.
Azərbaycan onun təbirincə, Xəzərdə enerji resurslarına çıxışı ilə uzun illər həm Tehran, həm də Vaşinqton üçün cəlbedici olub, hərçənd, xoşbəxtlikdən məhz burada strateji rəqabət bu iki ölkənin regional siyasətlərində əsas müzakirə mövzusu – bir nömrəli hədəf deyil.
“İranı daha çox İraq və Əfqanıstanda post-müharibələr dövrü, daha doğrusu ABŞ-ın regiondan getməsindən sonra baş verənlər maraqlandırır. Son bir neçə ay ərzində şahidi olduğumuz terror cəhdləri isə, yeni mənzərədən – İranın Qafqaz və Şərqi Avropada yaratdığı risklərdən, bu bölgəyə döyüş meydanı kimi baxmasından xəbər verir”, ekspert deyib.
Hədəfdə kimdir?
"Zahirən İran qonşuluğunda sabitlikdən bəhs etməyi xoşlasa da, rejimin ekstremizmə arxalandığı sirr deyil. "
İran üzrə araşdrmaçı Homan Sadri
Homan Sadri Mərkəzi Florida Universitetində İran üzrə araşdrmaçı, “Qafqaz ölkələri: Qlobal Təhlükəsizlik” kitabının müəllifidir. Onun fikrincə, hazırda İran Qafqazda sabitliyə hədə yaradacaq amillər sırasındadır, halbuki, cəmi bir neçə il öncə bu ölkə "regionun yeni dövlətlərinin müdafiəçisi" qismində görünməyə çalışırdı, “ən azından anti-hegemon siyasətini inkar etməklə”.
“Hədəf aydındır: İran Qafqazı və Şərqi Avropanın yeni demokratiyalarını özünə təhlükə görməyə başlayıb. Ancaq Tehranda onu da başa düşürlər ki, istənilən bir qığılçım region dövlətlərini onun əlehyinə çevirə bilər. Bu, həm də Qərbin İrana qarşı daha effektiv kampaniya aparması üçün yaxşı əsas olardı”, deyib təhlilçi BBC-Azərbayancaya.
Vaşinqtondakı Heritage Fondundan James Carafano isə Qafqazda özünün təbirincə “İran esktremizminin” mümkün hədəflərini belə təsvir edir.
“Bu, dəfələrlə şiddətə məruz qalmış regiondur... Zahirən İran qonşuluğunda sabitlikdən bəhs etməyi xoşlasa da, rejimin ekstremizmə arxalandığı sirr deyil. Məncə biz Qafqazın neft-qaz tədarükçüsü kimi rolunu unutmamalıyıq. Aydın görünür ki, İran küncə sıxıldıqca, enerji ehtiyatlarının Qərbə çatdrılımasına əngəl yaratmağı, regionda qarışıqlıq yaratmağı hədəf seçir”, təhlilçi BBC-Azərbaycancaya şərhində deyib .
Eyni zamanda, onun fikrincə, İran ətrafında vəziyyət gərginləşdikcə, bu ölkənin Hizbullah və Həmasın əli ilə regionda sabitliyi pozmaq cəhdləri gözləniləndir və “buna hazır olmaq gərəkir”.
ABŞ nə edə bilər?Konqresə müraciət etmiş lobbiçilər bir qayda olaraq, Vaşinqtonu “İran hədəsi”nin qarşısını almaq üçün regiona hərbi və müdafiə xarakterli yardımlarını artırmağa səsləyirlər.
Hərçənd, heç də hər kəs çıxış yolunu hərbdə görmür. Carafanoya görə, iqtisadi sanksiyalar İranı durdurmağın “qısa olmasa da, ən düzgün yoludur”.
Tehran yolundan dönməsə, bu sanksiyalar tədricən qlobal anti-İran koalisyanın formalaşmasında da mühüm rol oynaya, ən azı beynəlxlq fikrin formalaşmasına yardımçı ola bilər.
Başqa qrup təhlilçilər, o cümlədən Vaşinqtondakı Silahlara Nəzarət Assosiasiyasından Greg Thielman hesab edir ki, Vaşinqtonun Tehranın təxribatlarına birbaşa və sərt cavab verməyəcəyi təqdirdə, “geniş bünövrəli beynəlxalq koalisyadan” söhbət gedə bilməz.
“Buna heç BMT Təhlükəsizlik Şurası da getməz”, ekspert BBC Azərbaycancaya deyib .
Azərbaycandan gözləntilər"İslam radikalizminin bu ölkədə daha da güclənməsi təhlükəsi həmişə var."
ABŞ-ın Bakıdakı keçmiş səfiri Richard Kauzlarich
Cənab Thielmanın təbirincə, Azərbaycan kimi ölkələr İran məsələsində təhlükəsiliyini əsas tutub tərəf seçmək üçün, “Tehrandan hədə” gözləməməlidir.
“Doğrusu, mən Azərbaycanın İrana qarşı hər hansı – istər iqtisadi, istər siyasi əməliyyatlarda iştirak etmək istəməsinə şübhə edirəm”, təhlilçi əlavə edib.
Eyni zamanda, onun fikrincə, Qərb Azərbaycana ölkədə İslam radikalizminin geniş vüsət almamasında yardımlar etməli, Tehranın “cilovuna düşməməyin” yollarını izah etməlidir.
1994-97-ci illərdə ABŞ-ın Bakıda səfiri olmuş Richard Kauzlarich İranın dəstəklədiyi radikal islamın hələ onun dövründən Azərbaycanda narahatlıq doğurduğunu xatırlayır.
“İslam radikalizminin bu ölkədə daha da güclənməsi təhlükəsi həmişə var. Azərbaycanda hər bir insan, xüsusən hökumət bu təhlükəni görməli və sosial problemlərin həlli üçün ölkənin sərvətlərindən istifadə etməli, habelə insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmalıdır”, sabiq səfir BBC-Azərbaycancaya deyib.

Bu xəbər oxucular tərəfindən 1664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |