Şrift:
İsrail İrana hücumdan sonra 30 günlük müharibəyə hazırdır - nazir
16.08.2012 [13:21] - Hərb
İsrail İrana hücum etməyi qərara aldığı təqdirdə, müxtəlif cəbhələrdə 30 günlük müharibəyə hazırdır. Bu barədə vəzifəsini tərk etməkdə olan müdafiə naziri Matan Vilnai deyib.

Frans Press agentliyi xəbər verir ki, nazir Maariv qəzetinə müsahibəsində İsrailin belə bir müharibəyə "heç vaxt olmadığı kimi" hazırlaşdığını bildirib.

Matan Vilnai deyib ki, yəhudi dövləti Tehranın nüvə proqramına qarşı hücumlar etmək qərarına gəlsə, İsrail bu hücumun nəticələrilə üzləşməyi gözə alıb.

Ancaq nazir istənilən hərbi müdaxilənin ehtiyatla ölçülüb-biçilməli və ABŞ-la razılaşdırılmalı olduğunu bildirib.

"Ancaq məsələ burasındadır ki, toqquşma lazımdırmı? Müharibə elə bir şeydir ki, onu təxirə salmaq, ölçüb-biçmək lazımdır" - cənab Vilnai deyib.

"ABŞ bizim ən böyük dostumuzdur və belə işləri mütləq onlarla koordinasiya etməliyik" - nazir əlavə edib.

İsrail rəsmiləri xəbərdar edib ki, Tehranın nüvə silahı hazırladığına inanırsa, Tel-Əviv, Vaşinqtonun etirazına baxmayaraq İrana birtəfəli hücum etməlidir.
Bu xəbər oxucular tərəfindən 1375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed