11.06.2019 [10:41] - Türk dünyası-Turan
Qazaxıstanda keçirilmiş prezident seçkisində qalib gələn Kasım-Jomart Tokayev seçkilərdən sonra ilk səfərini Qırğız Respublikasına edəcəyini açıqlayıb.
Prezident seçildikdən sonra ilk hansı ölkəyə səfər edəcəyi ilə bağlı sualı cavablandıran Tokayev əvvəlcə Bişkekə gedərək iyunun 14-də keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacağını bildirib.
Onun sözlərinə görə, Qırğız Respublikasından sonra Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirlərinə dair İclasda (CICA) iştirak etməyi planlaşdırır.
Tokayev qeyd edib ki, ilk növbədə, Qazaxıstanın Rusiya, Çin və Mərkəzi Asiya ölkələri kimi qonşu ölkələrlə əlaqələrinin və əməkdaşlığının inkişafına diqqət yetirəcək.

Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |