13.06.2019 [10:34] - Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviyada səfər edib. Səfər çərçivəsində ilk olaraq Latviya parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Rihards Kols ilə görüş keçirilib.
Görüşdə komitə sədri Fuad Muradov və sədr müavini Faiq Quliyev iştirak ediblər.
Rihards Kols Latviya ilə Azərbaycan arasında siyasi, iqtisadi, təhlükəsizlik sahəsində münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, ölkənin diaspor siyasəti barədə məlumat verib və bu sahədə pərakəndə fəaliyyətin qarşısının alındığını diqqətə çatdırıb. R.Kols təxminən 400 minə yaxın Latviya vətəndaşının xaricdə yaşaması, "Soydaş haqqında" qanun layihəsinin hazırlanması barədə də danışıb.
Azərbaycan dövlətinin diaspor siyasəti, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, fəaliyyəti və qurumun hədəfləri barədə ətraflı məlumat verən komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, diasporla iş sahəsində də sürətli inkişafa nail olunduğunu bildirib. O, qeyd edib ki, Baltikyanı ölkələrdə 5 min azərbaycanlı yaşayır və onların 2 mini Latviyada məskunlaşıb. Bölgədə ən böyük azərbaycanlı icmasının Latviyada fəaliyyət göstərdiyinə diqqəti çəkən sədr deyib ki Riqada Baltikyanı ölkələr üzrə azərbaycanlı icmaların ümumi toplantısı keçiriləcək.
Danışıqlar zamanı Qarabağ məsələsinə də toxunulub. Komitə sədri Latviya hökumətinin və parlamentinin Qarabağ problemi, qondarma erməni soyqırımı ilə bağlı sərgilədiyi ədalətli mövqeyə görə minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan nümayəndə heyətini Latviya xarici işlər nazirinin müavini Zanda Kalnina-Lukashevica qəbul edib.
Komitə rəsmilərinin Azərbaycan icması ilə görüşü də baş tutub. Görüşdən öncə ümummilli lider Heydər Əliyevin Latviyadakı səfirliyimizin qarşısındakı abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub.
Azərbaycan icması ilə görüşdə onların bu ölkədə fəaliyyətləri, qazandıqları uğurlar, təşkilatlanma və şəbəkələşmə imkanları barədə danışılıb, faydalı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti Latviya Dövlət Universitetinin nəzdindəki akademik kitabxananın İnformasiya Mərkəzinə də baş çəkib. Nümayəndə heyətinə kitabxananın yaradılması və fəaliyyəti barədə məlumat verilib. Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində müstəsna rol oynayan kitabxanaya əlavə tədris vəsaitləri bağışlaması barədə qərar qəbul edilib.
Aygün Əliyeva

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |