Şrift:
Qırğızıstan dövlət televiziyasında Azərbaycan filmləri nümayiş etdiriləcək
17.08.2012 [12:48] - Xəbərlər, Mədəniyyət
Avqustun 20-də Qırğızıstanın “İctimai Teleradioyayım Korporasiyası” dövlət televiziya kanalında “Azərbaycan Kinosu öngünlüyü”nün nümayişinə başlanılacaq. Azərbaycanın Qırğızıstandakı səfirliyindən verilən məlumata görə, səfirliklə televiziya kanalı arasında aparılan danışıqların nəticəsində Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Babək”, “Dədə Qorqud”, “Uzaq sahillərdə”, ”Arşin mal alan”, “Koroğlu”, ”O olmasın bu olsun”, “Axırıncı aşırım”, “Yeddi gözəl istərəm”, “Bəxtiyar”, “Nəsimi” bədii filmləri nümayiş etdiriləcək.
Bundan başqa, Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi ilə əlaqədar olaraq, onun həyat və yaradıcılığına həsr olunmuş filmin və bəstəkar Anna Paxmutovanın mahnılarının M.Maramayev tərəfindən ifası nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 1631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed