Şrift:
İran rejimi zəlzələ bölgəsinə yardım üçün açılan bütün bank hesablarını bağlayıb
17.08.2012 [12:54] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda baş vermiş dəhşətli zələzlədən sonra İranın fars-molla rejimi bütün gücü ilə soydaşlarımıza edilən yardımların qarşısnı almaq istəyir. Güneyli soydaşlarımızın verdiyi məlumata görə, ötün gecə saat 23:15 radələrində İranın “Sepah” təşkilatının Məlikkənd şəhəri üzrə rəhbəri Pasdar Həsən İbrahimi əsgərlərilə birlikdə Məlikkəndlilərin topladığı yardım mərkəzinə hücüm edərək toplanan yardımları müsadiər edib və xeyriyəçiləri həbs olunub.

Dünəndən etibarən isə ETTELAT-ın əmri ilə yardım üçün yaradılan bütün bank hesabları dondurulub.

Bu arada, İranda fəaliyyət göstərən və bu ölkənin dini liderinə bağlı olan “Risalət” qəzetində qan donduracaq məqalə dərc olunub. Qəzet Güney Azərbaycanda baş vermiş zəlzələdə ölənlərin sayının az olduğunu önə çəkərək, İran mediasından bunla bağlı daha az məlumat verməyi tələb edib. Qəzet yazır:

“Zəlzələ ilə bağlı xəbərlərin geniş yayılması ölkənin milli güvənliyinə təhlükə yardır. Heç bir formada imkan vermək lazım deyildi ki, mediamızda Amerika və Türkiyənin baş sağlığı xəbəri yayılsın. Bu inqilaba təhlükədir”.
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed