Şrift:
Azərbaycanda dəhşətli hadisə: Bazara girib, 8 nəfəri güllələdi, 4-ü öldü
17.06.2019 [12:23] - Gündəm, Hadisə
Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

Bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

****

Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib. Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.

Belə ki, həbsdən yenicə çıxmış şəxs üç nəfəri güllələyərək öldürüb, daha bir neçə nəfəri isə yaralayıb.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed