Şrift:
Təbriz ətrafında baş verən zəlzələ ilə bağlı bakıda mətbuat konfransı keçirib
17.08.2012 [13:09] - Gündəm
Dünən Uluslarası Güney Azərbaycan Türkləri Konseyi (UGATK) Təbriz yaxınlığında Vərziğan, Əhər və Heris də baş verən zəlzələ ilə bağlı mətbuat konfransı keçirib.Konfransı giriş sözü ilə açan UGATK-ın Azərbaycan üzrə səlahiyyətli təmsilçisi Aynur İmranova Güney Azərbaycandakı vəziyyətin ağırlığı barədə məlumat verib.UGATK İdarə Heyətinin üzvü Firudin Cəlilov baş verən hadisələr fonunda İranın, Azərbaycanın və Türkiyənin tutduğu mövqedən, televiziyalarda bu məsələyə lazımi qədər önəm verilməməsindən danışıb. Məsələ ilə bağlı İdarə Heyətinin üzvləri Türkiyənin Kırklareli universtetinin müəllimi Gülarə Yenisey, Baba Tağıyev, Talıyət Əliyev də danışıblar. UGATK İH üzvü Gularə Yenisey qeyd edib ki, bu gün Azərbaycan xalqının əhdə-vəfa günüdür.
Bu xəbər oxucular tərəfindən 1184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed