18.06.2019 [10:30] - Xəbərlər, Mədəniyyət
Corc Vaşinqton Universitetində Birinci ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib. Azərbaycan Akademiklər Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən simpoziumda 16 universitet və 10 təşkilatda çalışan amerikalı və azərbaycanlı alim, tədqiqatçı və ekspertlər müzakirələr aparıb.
Tədbirdə insan kapitalının iqtisadi inkişafa təsiri, təhsil, elm və institusional inkişaf, milli kimlik, icma quruculuğu və insan resurslarının inkişafı, kənd təsərrüfatı və biznes, habelə təhlükəsizlik və münaqişə məsələləri müzakirə edilib. Müzakirələrin məqsədi müvafiq sahələrdə müxtəlif elmi baxışların təqdimatı və müasir elmi nailiyyətlərin paylaşılması olub. Bununla yanaşı, amerikalı və azərbaycanlı alimlər çalışdıqları sahələrdə mümkün elmi-praktik əməkdaşlıq məsələlərinə də baxıblar.
Simpoziumda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ Dövlət Departamentinin rəsmisi Marian Kraven, Azərbaycan icmasının ABŞ-dakı görkəmli nümayəndəsi Şapur Ənsari, habelə Dünya Bankı, Təhsil Nazirliyi və digər dövlət qurumu və təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan Akademiklər Şəbəkəsi ABŞ-ın müxtəlif universitetlərində çalışan elmlər doktoru, professor və doktorantura tələbələri tərəfindən Azərbaycan və azərbaycanlılarla bağlı tədqiqatların stimullaşdırılması və əlaqələndirilməsi, habelə ABŞ-la Azərbaycan arasında akademik körpülərin gücləndirilməsi məqsədilə yaradılıb.
Birinci ABŞ-Azərbaycan Akademik Simpoziumu Azərbaycanın ABŞ-dakı və Birləşmiş Ştatların ölkəmizdəki səfirlikləri, ABŞ Dövlət Departamenti, Dünya Bankı, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi, və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, ABŞ-Azərbaycan Ticarət Palatasının tərəfdaşlığı, “BP-Azerbaijan” və Xəzər Fondunun sponsorluğu ilə təşkil olunub.
Simpozium bu gün işini davam etdirəcək.
Yusif Babanlı

Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |